Qazaxıstan Futbol Federasiyasından Azərbaycana dəstək paylaşımı
26.12.2024 - 22:21
Qazaxıstan Futbol Federasiyasından Azərbaycana dəstək paylaşımı

Qazaxıstan Futbol Federasiyası Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.

Apasport.az xəbər verir ki, qurum Aktau şəhərində baş verən hadisədən böyük üzüntü yaşadığını bildirib.

Federasiyanın paylaşımında Azərbaycan xalqına dəstək nümayiş etdirilib: “Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, həmçinin qardaş Azərbaycan xalqına dərin başsağlığı veririk".

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

0