“Qəbələ” geridönüş edib “Səbail”ə qalib gəldi - YENİLƏNİB
18.04.2023 - 20:22
“Qəbələ” geridönüş edib “Səbail”ə qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 1 matç baş tutub.

Bu qarşılaşma Qəbələdə təşkil olunub. Eyniadlı komanda çempionatın autsayderi “Səbail”i qəbul edib. 

“Qəbələ” bu görüşün favoriti sayılsa da, çətinliklə üzləşib. Lakin meydan sahibləri 34-cü dəqiqəyədək 0:2 geridə olsalar da, geridönüş etməyi bacarıb və 3:2 qalib gəlib. "Qəbələ"nin hər 3 qolunu braziliyalı legionerləri vurub.

Qeyd edək ki, ilk oyunlar çərçivəsində digər matç sabah keçiriləcək. “Turan Tovuz” öz meydanında “Neftçi” ilə qarşılaşacaq.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
18 aprel (çərşənbə axşamı)
18:00. “Qəbələ” – “Səbail” - 3:2
Qollar:
Utziq, 34, 66. Santus, 74 – İ.Muradov, 9. Martinov, 20
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk
Baş məşqçi: Şahin Diniyev
Baş hakim: Elçin Məsiyev
Qəbələ şəhər stadionu

0