"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, 2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən region klubunda çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
Kərimov akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandaların dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb.
O, baş menecer kimi "Qəbələ" ilə Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.
"Qəbələ" öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ