“Qəbələ” qələbə qazandı
12.07.2023 - 20:21
“Qəbələ” qələbə qazandı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan kubokunun qalibi Moldova təmsilçisinə qalib gəlib.

“Sukleya” ilə oyun “Qəbələ”nin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını İlkin Qırtımov, Murad Musayev, Omar Hani və Osama Xalayla vurublar.

Qeyd edək ki, “Qəbələ” iyulun 15-də “Orenburq”la (Rusiya) qarşılacaq.

0