“Qəbələ” üçün Toqodan yeni hücumçu
17.07.2023 - 13:35
“Qəbələ” üçün Toqodan yeni hücumçu

Yeni mövsümə hazırlaşan "Qəbələ" heyətinə daha bir toqolu futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Cosua Doke ilə danışıqlar aparır. 

19 yaşlı hücumçunun keçidi yaxın günlərdə gerçəkləşə bilər. O, hazırda vətənində "Planete Foot" klubunda forma geyinir. O, əvvəllər Belçikada "Zebra Elites" də çıxış edib.

Qeyd edək ki, Cosua “Qəbələ”nin heyətində ikinci toqolu hücumçudur. Yaovi Akakpo bir neçə ildir “qırmızı-qaralar”ın formasını daşıyır.

0