“Qəbələ”də iki israilli legioner
04.07.2023 - 20:23
“Qəbələ”də iki israilli legioner

Azərbaycan kubokunun qalibi heyətinə daha iki legioner qatıb.

Apasport.az saytı xəbər verir ki, israilli futbolçular Osama Xalayla və Gilad Abramovla müqavilə bağlanılıb.

Hücumçu mövqeyində oynayan 25 yaşlı Osama İsrailin aşağı yaş qrup yığmaları və ölkənin əsas komandasının formasını geyinib. Təl-Əviv “Makkabi”sinə məxsus futbolçu son mövsümü icarə əsasında Bney Rahnin eyniadlı klubunda keçirib. Xalayla ilə 1+1 illik razılaşma əldə edilib.
23 yaşlı Abramov karyerası ərzində bir komandada oynayıb. 2018/19 mövsümündən “Hapoel”in (Hadera) şərəfini qoruyan yarımmüdafiəçi ilə 118 oyunda 5 qol vurub. Giladla iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, tibbi müayinədən keçən hər iki futbolçu komandaya qoşulub.
 

0