Qəbələdə qalib müəyyənləşmədi - YENİLƏNİB
04.02.2024 - 19:25
Qəbələdə qalib müəyyənləşmədi - YENİLƏNİB

Premyer Liqanın XXI turunun ikinci oyun gününə Qəbələdə yekun vurulub.

Apasport.az xəbər verir ki, autsayder "Qəbələ" "doğma divarlar" arasında liderlər qrupunda yer alan "Zirə"ni qonaq edib.

Elitada qalmaq istəyən "qırmızı-qaralar" üçün artıq bütün qarşılaşmalar həyati əhəmiyyət daşıyır. Bu üzdən Elmar Baxşıyev və komandasının meydana yalnız qələbə üçün çıxacağı dəqiqdi. Qonaqlar isə ilk "üçlük"də qərarlaşan komandalardan çox aralı düşməmək 3 xalı hədəfləyib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Kəpəz" -  "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası

XXI tur

17:30. "Qəbələ" – "Zirə" 1:1
Qollar:
Ülvi İsgəndərov, 14 - İlkin Muradov, 19
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ. Şəhər stadionu

0