“Qəbələ”də yeni qapıçı
25.07.2023 - 21:11
“Qəbələ”də yeni qapıçı

Azərbaycan kubokunun qalibi heyətinə yeni qapıçı cəlb edib.

Apasport.az-ın məlumatına görə, Rəşad Əzizli bundan sonra “Qəbələ”nin şərəfini qoruyacaq.

“Qırmızı-qaralar” 29 yaşlı qolkiperlə bir illik müqavilə imzalayıblar. Azərbaycan çempionatında kifayət qədər təcrübəyə malik Əzizli “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt”və “Zirə” kimi klublarda çıxış edib.

Qeyd edək ki, Rəşad əsas heyətdə yer almaq üçün Kristof Atanqana, Elməddin Sultanov kimi qapıçılarla mübarizə aparacaq.
 

0