“Qəbələ”dən “Şamaxı”ya - RƏSMİ
02.07.2026 - 09:15
“Qəbələ”dən “Şamaxı”ya - RƏSMİ

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ” klubundan Okan Təhməzlini transfer edib. 

Yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Şamaxı" daha əvvəl Sənan Muradlı ("Sumqayıt"), Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax") və Ceyhun Bağırzadəni ("Qəbələ-2") kluba cəlb edib.