“Qəbələ”dən yeni transfer
10.08.2026 - 21:43
“Qəbələ” növbəti transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb.
24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.
Qeyd edək ki, Edson Eduardo bu mövsüm “Vestri”nin heyətində UEFA Avropa Liqasının I təsnifat mərhələsinin hər iki matçında “Qarabağ”a qarşı oynayıb.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
0