“Qəbələ”nin kapitanı: “Cavab matçında istəyimizə çatarıq” - MÜSAHİBƏ
29.07.2023 - 15:44
“Qəbələ”nin kapitanı: “Cavab matçında istəyimizə çatarıq” - MÜSAHİBƏ

"Qəbələ"nin kapitanı Murad Musayevin apasport.az saytına müsahibəsi 

- Konfrans Liqasında "Omoniya"ya qarşı matç necə alındı? Səncə, nədə çatdıra bilmədiz? 
- İlk oyunumuz idi, ağır və çətin görüş oldu. Qarşımızda çox yaxşı rəqib var idi. Bütün hallarda yaxşı oynadığımızı düşünürəm. Sona qədər mübarizə apardıq. Biz yeni yığılmış kollektivik. Bu cür komanda üçün belə oyun məncə, çox yaxşıdır. 

- Halbuki hesabı açdıqdan sonra fərqi artıra da bilərdiz...
- Oyunboyu bəzi elementlərdə rəqibdən yaxşı idik. Həqiqətən bəxtimiz gətirmədi. Buraxdığımız qollar çox məyusedici idi. 

- Qapınıza təyin edilən penalti haqda hansı fikirdəsən? 
- Elə penalti olar? Məncə, həmin epizodda bu qərarı vermək ayıb idi. Halbuki, həmin zaman heç nə yox idi. 

- "Qəbələ"nin heyəti demək olar ki, yenilənib. Futbolçular arasında anlaşma hansı səviyyədə idi?
- Təbii ki, çox oyunçumuz getdi. Heyətimiz yeniləndi. Amma məncə, gələnlər də gedənlərin yerini tam şəkildə dolduracaq səviyyədədir. Daha da yaxşı olacaqlar. Sadəcə zamana ehtiyac var. Hər biri fayda verəcək futbolçulardır. 

- Səncə, "Qəbələ"nin növbəti mərhələyə adlamaq şansı qalıb? 
- Şans həmişə var. Evdə uduzsaq da, yenə də inamlıyıq. İnanırıq ki, növbəti mərhələyə keçə biləcəyik. İlk qarşılaşmadakı oyunumuz da buna inanmağa əsas verir. 

- Yəni, Kiprdə "Qəbələ" qalib gələ biləcək? Bunu real hesab edirsən?
- Əlbəttə. Hər zaman qalib gəlmək istəyirik. Allah qoysa, cavab matçında bu istəyimizə çatarıq. Sona qədər mübarizəmizi aparacağıq.
 

0