Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani “Mançester Yunayted”i almaqda maraqlıdır.
Apasport.az xəbər verir ki, Qətər əmiri “Mançester Yunayted”i 4,5 milyard funt sterlinqə dəyərləndirir. Mankunianların hazırkı sahibləri olan Qleyzer ailəsi isə 6 milyard funt sterlinq almaq istəyir.
Digər problem isə o ola bilər ki, Qətər əmiri tərəfindən dəstəklənən Qatar Sports Investments investisiya fondu 2011-ci ildən PSJ-yə sahibdir və UEFA-nın reqlamenti eyni sahibi olan klubların birlikdə avrokuboklarda iştirakına icazə vermir.
Qeyd edək ki, Qleyzer ailəsi noyabrda “Mançester Yunayted”in satışını nəzərdən keçirməyə hazır olduqlarını açıqlayıb.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT