Qəzənfər Abbasovun taleyi qeyri-müəyyəndir: “DANIŞIQ OLMAYIB”
08.06.2026 - 11:49
Qəzənfər Abbasovun taleyi qeyri-müəyyəndir: “DANIŞIQ OLMAYIB”

“Klub rəhbərliyi ilə görüşümüz olmayıb. Pley-off matçından sonra hansısa yenilik yoxdur”.

Bu sözləri “Apasport”a açıqlamasında Qəzənfər Abbasov deyib.

“Qaradağ Lökbatan”ın baş məşqçisi klubda taleyinin qeyri-müəyyən olduğunu bildirib. 

Çalışdırıcı başqa klublardan təklif almadığını söyləyib:

“Hələlik təklif yoxdur. Mən məşqçiyəm və bu, mənim işimdir. Klublardan qaneedici təklif alsam, dəyərləndirəcəm”.

Qeyd edək ki, mütəxəssis mövsümün əvvəlindən “Qaradağ Lökbatan”a rəhbərlik edir.