Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın son günündə gənclər arasında şpaqa və sablya növləri üzrə mükafatçılar müəyyənləşib.
Qeyd edək ki, mükafatçılar Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.
Sablya
Qızlar
1. Leyla Əhmədova
2. Fərəh Abasova
3. Ayan Ağakişiyeva, Züleyxa Sultanlı
Oğlanlar
1. Abbas Hüseynov
2. Rəsul Əliyev
3. Nahid Məmmədli, Timur Husnaddinov
Şpaqa
Qızlar
1. Xədicə Həsənli
2. Mirnuray Abasova
3. Nəzrin Mehdiyeva, Aynur Quliyeva
Oğlanlar
1. Mirxətai Məmmədov
2. Vahab Fətullayev
3. Osman Məmmədov, Səid Əliyev