Qış transfer pəncərəsinin açılacağı tarix məlum olub
09.12.2025 - 12:17
Qış transfer pəncərəsinin açılacağı tarix məlum olub

Azərbaycanın futzal üzrə Yüksək və I Liqasında qış "transfer pəncərəsi" 2026-cı ilin yanvarında açılacaq.

Apasport.az xəbər verir ki, bu barədə Futzal Federasiyası məlumat yayıb. 

Qış "transfer pəncərəsi" gələn il yanvarın 6-da açılacaq.

Komandalar yeni transferlərini fevralın 6-sı, axşam saat 23:59-a qədər qeydiyyatdan keçirə biləcəklər.