“Çox pozitiv fikirdəyəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Misli Premyer Liqasının VI turunun “Sabah”la matçı barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Azarkeşlər çoxdan belə oyun görmürdü. Deyərdim ki, “Sabah” da uduzmağa layiq deyildi. Futbolçuarım çox əziyyət çəkdi. Sonda vacib üç xal qazandıq. “Sabah”a uğurlar arzulayıram. Maksim Medvedevin zədəsi ağırdır. “Frayburq”la matçdan öncə zədələnib. Bir aya yaxın məşqlərdə iştirak etməyəcək. Bədavi Hüseynov risk etmədik. Rahil Məmmədovda da əzələ problemidir. Bəhlul Mustafazadəni çox yormaq istəmədik. “Nant” ciddi rəqibdir. Yaxşı komandadır. Çox sürətli komandadır. Çalışırıq ki, daha yaxşı analiz edib, oyuna hazırlaşaq”.
Qeyd edək ki, Suraxanıdakı “Azərsun Arena”da keçirilən görüş Ağdam klubunun 4:3 hesablı qələbəsi ilə başa çatıb.