Qurban Qurbanov: "Gələn il daha yaxşı Juninyo görmək istəyirik"
11.05.2024 - 22:09
Qurban Qurbanov: "Gələn il daha yaxşı Juninyo görmək istəyirik"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün bərk komandaya qarşı oynayırdıq. Hansı ki, meydanda yaxşı mübarizə aparırdılar. Birəbir mübarizələri uduzmayan rəqibə qarşı oynadıq. Qələbə olsa da, asan deyildi. Futbolçularım çox əziyyət çəkdilər. Tam öz oyunumuzu istədiyimiz kimi göstərə bilmədik. Futbolçular qələbə üçün xeyli güc sərf etdilər. "Zirə"yə uğurlar arzulayıram.

- Juninyo "Bayer"lə oyundan sonra sanki o qədər  hərəkətli görünmür. Bunu təkliflərlə əlaqələndirirsiz?

- Hərəkətində geriləmə var. Məşqçi olaraq bunu başa düşürəm. Həm dediyiniz fikirlər, həm də oyunlara motivasiya etmək asan deyil. Nə qədər futbolçuları motivasiya etsək də, onlar özləri də özlərini motivasiya etməyi bacarmalıdırlar. Görünür tam istədiyim kimi alınmır. Bəlkə də, komandaya tam uyğunlaşmayıb. Bizim rejimdə, məşq proseslərimizdə, hər oyuna yanaşmağımızda, ola bilər tam dərk edə bilməyib. İnanın ki, hər şey yaxşıplığa doğru gedir. Özü ilə də söhbətimiz olub. Gələn il daha yaxşı Juninyo görmək istəyirik. İnanıram ki, onunla ilə birlikdə bacaracağıq ki, istədiyimiz Juninyo hər oyunda olsun.

- Mövsümü bağlayan zədəli futbolçu var?

- Gedişata baxacağıq. Marko Veşoviçdə daha ciddi görünür. Yassin Benziada gedişata baxacağıq. Həkimlər 10-12 gün deyiblər, amma hər bir halda, əzələ məsələsidir. Əzələ elədir ki, tələssən, problem yarana bilər. Ayın 26-da oyuna hazır olmaq ehtimalı var. Amma 100 faiz hazır olmasa, risk etməyəcəyik. Çünki böyük ehtimalla milliyə dəvət edəcəklər. 

- Müqaviləsi bitən oyunçularla danışıqlar başlamısız

- Vaxtımız var. Yüngül danışıqlara başlamışıq. Hər bir halda, sezonun sonunda bilinəcək.

- Komandaya gətirmək istədiyiniz oyunçularla danışıqlar var?

- Danışıqlar var. Amma yekunlaşdırılan yoxdur.

- "Qarabağ" KadiMahiriMusanı geri qaytarır?

- Heç biri ilə hələ danışığımız yoxdur. 

- Avrokuboklar uğrunda 4 komanda mübarizə aparırSizcəhansı daha şanslıdır?

- Hər birinin şansı eynidir. Maraqlı sonluq olacaq. Hər birinə uğurlar arzulayıram.

0