Qurban Qurbanov: “İlk turlarda diqqətli olmalıyıq”
20.06.2023 - 23:36
Qurban Qurbanov: “İlk turlarda diqqətli olmalıyıq”

“Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. “Linkoln” Cəbəllütariq çempionudur və bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar”.

Apasport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsində “Linkoln”la görüşlərdə diqqətli olmağın vacibliyini qeyd edib. Qurbanov rəqibin ev oyunlarını süni örtüklü meydan keçirməsini çətinlik yarada biləcəyini vurğulayıb: “Bizim illərdir ki, Avropada təcrübəmiz var, illərdir bu cür komandalara qarşı oynayırıq. Elə ən çətin qarşılaşmalarımız da belə komandalara qarşı olur. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu rəqibə qarşı əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq. İllərdir bu işin içindəyik. Bu gün futbol tam dəyişib. Bütün ölkələr, komandalar futbol oynamağı bacarır. Üzərimizə böyük məsuliyyət düşür. İnşallah, çalışacağıq ki, ilk oyuna komandanı fiziki, taktiki və psixoloji cəhətdən tam hazır edək. Bugünkü məlumata görə, rəqib oyunlarını süni örtüklü meydanda keçirir. Bu da ola bilsin ki, bizə əlavə çətinlik yaratsın. Belə meydanlarla, belə oyunlarla daha əvvələr də üzləşmişik. İlk oyun səfərdə olduğu üçün həddindən artıq diqqətli yanaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 11-12-də baş tutacaq və “Qarabağ” ilk matçını səfərdə keçirəcək.
 

0