Qurban Qurbanov irəlilədi, Regekampf mövqeyini qorudu
18.04.2023 - 17:35
Qurban Qurbanov irəlilədi, Regekampf mövqeyini qorudu

Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısı 1595 xalla 204-cü yerdə qərarlaşıb.

51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 1 pillə irəliləyişə nail olub.

Azərbaycan Premyer Liqasında çalışan daha bir mütəxəssis cədvəldə yer alıb. “Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampf 1627 xalla 174-cüdür. Legioner mütəxəssisin mövqeyi dəyişməz qalıb.
 
Qeyd edək ki, ilk “üçlük” dəyişməz qalıb. Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) liderin ən yaxın izləyiciləridir.

0