Qurban Qurbanov və Miodraq Bojoviç dünya reytinqində irəlilədi
27.01.2024 - 13:21
Qurban Qurbanov və Miodraq Bojoviç dünya reytinqində irəlilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin yenilənmiş reytinq siyahısı açıqlanıb. 

Apasport.az xəbər verir ki, siyahıdakı yeganə azərbaycanlı çalışdırıcı Qurban Qurbanovdur. O, 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurbanov 1594 xalla dünya reytinqində 195-ci pillədədir. 52 yaşlı baş məşqçi əvvəlki siyahı ilə müqayisədə 3 pillə irəliləyib. 

Azərbaycan Premyer Liqasını təmsil edən digər ad isə "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviçdir. Monteneqrolu mütəxəssis 1630 xalla 3 pillə irəliləyərək 160-cı sıraya yüksəlib.

Xatırladaq ki, son 4 ilin nəticələrinə görə tərtib olunan cədvəldə 500 ən güclü mütəxəssis yer alıb.

Qeyd edək ki, cədvələ 2193 xala malik “Mançester Siti”nin rəhbəri Pep Qvardiola başçılıq edir.

0