Qurban Qurbanov: “Xeyli güc sərf etməli olacağıq”
25.08.2023 - 01:37
Qurban Qurbanov: “Xeyli güc sərf etməli olacağıq”

“Bu qələbə bizi arxayınlaşdırmamalıdır”.

Apasport.az saytı xəbər verir ki, bunu “Olimpiya” üzərindəki 2:0 hesablı uğurdan sonra Qurban Qurbanov deyib.

Avropa Liqasının pley-off mərhələsinin ilk matçını səfərdə qələbə ilə başa vuran Ağdam təmsilçisinin çalışdırıcısı ikinci oyuna ciddi yanaşmalı olduqlarını qeyd edib. Qurbanov rəqibin təklükəli hücumlar qurduğunu bildirib: “Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Komandaların düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf etməli olacağıq".

Qeyd edək, Lyublyanada keçirilən ilk qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb. Cavab matçı avqustun 31-də Bakıda olacaq.
 

0