Musa Qurbanlı Azərbaycan çempionatında 50-ci oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın hücumçusunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.
21 yaşlı futbolçu üçün “Neftçi” ilə ev matçı (1:1) əlamətdar olub.
Musa Premyer Liqadakı 50 oyunda 26 qol vurub. Onun orta məhsuldarlığı 0,52-yə bərabərdir. O, ölkə çempionatında iki komandanın şərəfini qoruyub. “Qarabağ”da 41 görüşdə 25 dəfə fərqlənən forvard “Zirə”dəki 9 qarşılaşmada 1 dəfə qol sevinci yaşayıb.
Qeyd edək ki, Musanın Premyer Liqada debütü 2020-ci il sentyabrın 25-də gerçəkləşib. O, “Qarabağ” forması ilə “Sumqayıt”la səfər görüşündə (2:2) şans qazanıb.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."