Qurbanov "Neftçi"dən gedişi barədə: Keçmişə qayıtmayaq
03.12.2025 - 21:38
Qurbanov "Neftçi"dən gedişi barədə: Keçmişə qayıtmayaq

"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qurbanova Ramin Musayevin ötən günlərdə mətbuata verdiyi açıqlamada "Qurban Qurbanov 2007-ci ildə "Neftçi"nin büdcəsi azaldığı üçün komandanı tərk edib" fikri xatırladılıb. "Neftçi"nin sabiq prezidentinin sözlərinə təcrübəli mütəxəssis bu cür cavab verib:

"Mənə çox maaş verdilər, Petrjelaya az? Elə olmaz. Yəqin nə isə... Bəlkə də orada anlaşılmazlıq olub. Keçmişə qayıtmağa ehtiyac yoxdur. Amma ümumən ola bilər ki, orada nə isə anlaşılmazlıq var"

Qeyd edək ki, Ramin Musayev ötən günlərdə sportnet.az saytına verdiyi açıqlamada dövrün futbolçusu Vlastimil Petrjelanın daha aşağı maaş qarşılığında "Neftçi"də qaldığını, Qurban Qurbanovun isə büdcə qısıtlamasına görə komandadan ayrıldığını bildirmişdi.