Qvardiola “Mançester Yunayted”in uğurunu təkrar etmək arzusundadır
26.05.2023 - 23:49
Qvardiola “Mançester Yunayted”in uğurunu təkrar etmək arzusundadır

“İstanbula iki titulla yollansaq, trebl haqqında düşünməyə başlayacam”.

Apasport.az saytı xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola deyib.

İngiltərə çempionu olan komandanın növbəti hədəfi İngiltərə kubokunda qələbə qazanmaqdır. İyunun 3-də “Mançester Yunayted”lə qarşılaşacaq “Siti” məhz həmşəhərlilərinin uğuru təkrarlamaq istəyindədir. Qvardiola 1999-cu ildə “Nou Kamp”da keçirilən Çempionlar Liqası finalını xatırladıb: “Böyük Britaniyada bir klubun trebl uğuru var. “Mançester Yunayted” 1999-cu ildə Çempiolar Liqasının qazananda mənim 28 yaşım var idi. Həmin mövsümdə komanda 3 titul qazanmışdı”.

Qeyd edək ki, 1999-cu ildə trebl edən “Mançester Yunayted”in uğurunu heç bir İngiltərə klubu təkrarlaya bilməyib. 
 

0