Qvardiola Silva və Uolkeri itirmək istəmir
04.08.2023 - 21:29
Qvardiola Silva və Uolkeri itirmək istəmir

“Mançester Siti”nin baş məşqçisi iki futbolçunun komandadakı gələcəyi barədə danışıb.

Apasport.az saytı xəbər verir ki, Xosep Qvardiola Bernard Silva və Kayl Uolkerlə bağlı təklif almadıqlarını bildirib.

“Bernard və Kayl bizim üçün önəmli futbolçulardı. Onları əvəz etmək çox çətin olacaq. Amma biz hər hansı təklif almamışıq. Əgər Silvanı istəyirlərsə, birbaşa təyyarə göndərib, onunla müqavilə imzalamalıdırlar. Biz artıq Gündoğan və Mahrez kimi güclü futbolçuları itirmişik”, deyə Qvardiola fikrini tamamlayıb.

Qeyd edək ki, “Barselona” Dembeleni komandanı tərk etməsindən sonra Berardi Silva ilə maraqlanır. Kayl Uolker isə “Bavariya” ilə danışıqlar aparır.
 

0