Rafael Ağayev amerikalı rəqibini evinə dəvət etdi - VİDEO
16.12.2022 - 22:30
Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev "Karate Kombat" turnirindəki rəqibi Reymond Danielsi evinə dəvət edib.
Apasport.az-ın xəbərinə görə, 42 yaşlı amerikalı Daniels Ağayev kimi karatedə adlı-sanlı rəqiblə döyüşəcəyi üçün fəxr etdiyini bildirib.
Ağayev isə cavabında onu Azərbaycana dəvət edib, qapılarının onun üzünə açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, Rafael Ağayev Reymond Danielslə sabah kəmər döyüşünə çıxacaq. ABŞ-ın Florida ştatında baş tutacaq döyüş "Karate Kombat - 37" turniri Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.
Səbuhi Musa
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0