Rahil Məmmədov: “Məğlubiyyətin əsas səbəbi bu idi"
08.08.2025 - 13:44
Rahil Məmmədov: “Məğlubiyyətin əsas səbəbi bu idi"

“Bu, futboldur. Polşada oynadım, təcrübə qazandım”.

Apasport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yeni transferi Rahil Məmmədov deyib.

29 yaşlı müdafiəçi həm klub seçimi, həm də avrokubokdakı çıxışla bağlı fikirlərini bölüşüb:

“Təkliflər arasında ən istəkli komanda “Araz-Naxçıvan” idi. Ona görə də qərar verdim ki, karyeramı burada davam etdirim. “Omoniya” ilə oyun ağır və çətin keçdi. Rəqib güclü komandadır. Üstəlik, komandamızda müəyyən yorğunluq hiss olunurdu. Fikrimcə, II təsnifat mərhələsini keçməklə nəyə qadir olduğumuzu göstərdik. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Heyətimiz çox yaxşıdır. Həm futbolçular, həm də baş məşqçimiz yüksək səviyyədədir. Məncə, məğlubiyyətin əsas səbəbi bir az təcrübəsizlik və fiziki baxımdan tam formada olmamağımız idi. Səfərdən yeni qayıtmışdıq və bu da təsirini göstərdi”.

Təcrübəli futbolçu qarşıdakı mövsümə böyük ümid bəslədiyini də qeyd edib:

“Yeni mövsümün daha maraqlı keçəcəyini düşünürəm. Artıq komandaların sayı artıb və bütün klublar iddialı heyətlər qururlar. Bu mövsüm ilk “üçlük”də yer almaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Omoniya" matçı 0:4 hesabı ilə nəticələnib.