“Rakov”un qapıçısından etiraf: “Həyatımdakı ən çətin oyunlardan biri idi”
03.08.2023 - 01:33
“Rakov”un qapıçısından etiraf: “Həyatımdakı ən çətin oyunlardan biri idi”

“Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin etməklə minimum vəzifənin öhdəsindən gəlmişik”.

Apasport.az saytı xəbər verir ki, bunu “Rakuv”un qapıçısı Vladan Kovaçeviç deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Bakıda “Qarabağ”la 1:1 heç-heçəyə nail olan Polşa çempionunun qolkiperi oyun haqqında danışıb. Bosniyalı qapıçı fasilədən sonra Ağdam klubunun güclü təzyiqi ilə üzləşdiklərini bildirib: “Bu mənim həyatımdakı ən çətin oyunlardan biri idi. Rəqib komanda ikinci hissədə oyuna nəzarət edirdi. Amma müdafiəçilərimiz işinin öhdəsindən gəldilər. Çox çətin hava şəritində oynadıq. Nəfəs almaq çətin idi. Konfrans Liqasının qrupuna vəsiqə qazanmaqla minimum vəzifənin öhdəsindən gəldik. Daha böyük uğurlar əldə etmək şansımız var”.

Qeyd edək ki, Polşadakı 3:2 hesablı qələbə qazanan “Rakuv” Bakıda “Qarabağ”la 1:1 heç-heçə oynayıb.
 

0