Ramil hesabı açdı, “Buriram” üç xal qazandı
20.08.2023 - 17:19
Ramil hesabı açdı, “Buriram” üç xal qazandı

Ramil Şeydayev Tailand çempionatında ilk qələbəsini qazanıb.

Apasport.az-ın məlumatına görə, onun çıxış etdiyi “Buriram” ikinci turda böyükhesabla qalib gəlib.

“Lamfun”la oyunun 6-cı dəqiqəsində hesabı açan Ramil 3 xalın qazanmasında böyük pay sahibi olub. Şeydayevin 79 dəqiqə meydanda olduğu qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Bu qələbədən sonra “Buriram”ın topladığı xalların sayı 4-ə yüksəlib.

Qeyd edək, Şeydayevin komandası 3-cü turda “Suxotai” klubunu qonağı olacaq. Oyun avqustun 26-da keçiriləcəlk.
 

0