Ramil kuboksuz qaldı
05.08.2023 - 21:07
Ramil kuboksuz qaldı

Tailand Çempionlar kubokunun final matçı keçirilib.

Apasport.az-ın məlumatına görə, Ramil Şeydayevin çıxış etdiyi “Buriram” məğlub olub.

Ölkə çempionu və kubokunun qalibi olan “Buriram” ötən mövsümün ikincisi “Banqkok”la qarşılaşb. Ramilin komandası oyunun favoriti olsa da, 0:2 hesabı ilə uduzub. Şeydayev 90 dəqiqə meydanda olsa da, nəticənin dəyişməsinə kömək edə bilməyib.

Qeyd edək ki, Tailand çempionatı avqustun 12-də start götürəcək. “Buriram” ilk turda “Khonkaen”lə qarşılaşacaq.
 

0