Ramil Şeydayevə Çerçesovdan ZƏNG
01.05.2023 - 14:24
Ramil Şeydayevə Çerçesovdan ZƏNG

Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Ramil Şeydayev daha bir klubdan təklif alıb.

Apaspot.az saytının məlumatına görə, 27 yaşlı hücumçu Rusiya "Rostov"unun ardınca Macarıstan "Ferensvaroş"unun hədəfinə düşüb.

Onun keçidini Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesovun özü istəyib. Rusiyalı mütəxəssis vaxtilə bu ölkənin aşağı yaşlı yığmalarında oynamış forvardla danışmağa qərar verib. O, Şeydayevi razı salmaq üçün ona zəng edəcək, lazım gəlsə, görüşərək “Ferensvaroş”da oynamasına nail olmağa çalışacaq.

“Qarabağ” da futbolçunu heyətində saxlamaq niyyətindədir. Ağdamlılar onunla anlaşmanı uzatmaq üçün yeni təklif irəli sürəcək.

Qeyd edək ki, Ramilin Ağdam klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

0