Ramil Şeydayevin Tailandı seçmə səbəbi
27.05.2023 - 16:00
Ramil Şeydayevin Tailandı seçmə səbəbi

"Qarabağ"dan ayrılacaq Ramil Şeydayevin Tailand klubunda oynamağa qərar verməsinin səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu "Buriram Yunayted"lə anlaşıb.

Misli Premyer Liqasının bombardiri Avropada maliyyə təkliflərinin onu qane etməməsi üzündən “Köhnə qitə”ni tərk etməyə üstünlük verib. Şeydayev "Ferentsvaroş"un və "Hapoel”in (Beer-Şava) təklifini geri çevirib. 

Macarıstan çempionunun çalışdırıcısı Stanislav Çerçesov Ramili sərəncamında görmək istəsə də, maliyyə məsələsi hücumçunu razı salmayıb. O, "Ferentsvaroş"a keçmək istəməyib və buna görə də sonda "Buriram Yunayted"də oynamağa qərar verib.

Qeyd edək ki, Şeydayev 22 qolla Premyer Liqanın bombardiridir.

0