Ramiz Məmmədov: “Bizə çempionluq lazımdır”
16.05.2024 - 19:44
Ramiz Məmmədov: “Bizə çempionluq lazımdır”

Bu gün 1-ci Liqada 26-cı turunda "Qaradağ Lökbatan" doğma meydanda "Şamaxı"ya 2:3 uduzub.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ramiz Məmmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Gərgin və xoş oyuna görə "Qaradağ Lökbatan"a, hakimlərə, oyunu gözəl təşkil edən AFFA-ya təşəkkür edirəm. Azarkeşlərin hamısı dincələ bildi. 

- "Şamaxı" 55-ci dəqiqədən sonra müdafiədə olundu. Səbəb nə idi?

Bizə çempionluq lazımdır. Ən gözəl oyun oynamışıq, qol da vura bilməmişik, matç heç-heçə başa çatıb. Oyunu yaxşı və ya pis oynamağınız deyil, tarixdə qalan nəticədir.  

- Fasilədə nə etdiz?

Lazım olan sözləri uşaqlara dedik. Komanda bura qələbə üçün gəlmişdi. Beş-altı həftə əvvəl də demişdim ki, komandama inanıram, lider ola bilərik. Bu gün də "Şamaxı" ortaya xarakter qoydu. Biz sadəcə olaraq, arxayınçılıqdan xallar itirmişik.

- Həm siz, həm də "Qaradağ Lökbatan"ın baş məşqçisi, vaxtı ilə rəhbərliyiniz altında oynamış Azər Haşımov Mingəçevirdəndir. Bu mənada, oyunda bu prinsipiallıq da var idi?

Azər mənim kiçik qardaşımdır, əzizimdir, mərifətli insandır. Azərbaycan futbolunda da hər zaman öz dəst-xətti ilə seçilən futbolçu olub. Bu gün də həmin böyük və kiçik qardaşlığımız yerində qaldı. Azərə, klubun prezidenti Sadıq Sadıqova, hamıya təşəkkür edirəm. 

- Son turda evdə "Araz-Saatlı" ilə evdə oynayacaqsız. Bu görüşlə bağlı nə düşünürsüz

Biz hələ çempion olmamışıq. Yalnız qələbə haqda düşünürük. Bugünkü matç qızıl oyun idi. Amma çempionluq Saatlıdakı görüşdə həll olunacaq.

- Rəqibiniz autsayder olsa da, evdə "İmişli"ni məğlub etdi...

Biz hər bir rəqibə hörmətlə yanaşırıq. Zəif komanda yoxdur. 

- Bu oyunda VAR var idi, son turda da VAR-ın təşkilini PFL-dən istəyəcəksiz?

Əlbəttə ki, olsa, lap yaxşı. 

- Müraciət edəcəksiz?

Lazım gələrsə, bəli. Əgər etsələr, sağolsunlar.

- Premyer Liqadakı iştirakla bağlı barədə rəhbərliklə hər hansı söhbətiniz olub?

Bir az olub. Amma ətraflı mövsüm bitdikdən sonra olacaq. Çünki biz hələ ki, çempion deyilik. Sadəcə olaraq, müvəqqəti liderliyə yüksəlmişik. "Araz-Saatlı"ya qalib gəldikdən sonra bu haqda rəhbərliklə ətraflı danışacağıq.

0