Rauf Əliyev: “Neftçi” yüksəlişdədir"
09.04.2026 - 13:49
Rauf Əliyev: “Neftçi” yüksəlişdədir"

“Neftçi” son zamanlar çox yaxşı təsir bağışlayır".

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan milli komandası və “ağ-qaralar”ın sabiq futbolçusu Rauf Əliyev deyib.

O, komandanın baş məşqçisi Yuri Vernidubun gəlişindən sonra Bakı təmsilçisinin yüksəlişdə olduğunu vurğulayıb:

“Ukraynalı mütəxəssisin gəlişindən sonra komandada həm fiziki, həm də taktiki cəhətdən irəliləyiş olduğu görünür. “Neftçi” uğurlu çıxışını davam etdirə bilsə, qarşıdakı mövsüm avrokuboklarda da ölkəmizi təmsil edə bilər. Fikrimcə, komanda Avropa Liqasına vəsiqə qazansa, heyət daha da formalaşacaq və yeni transferlər kluba cəlb olunacaq. Avrokuboklarda atılan püşkün də burada əhəmiyyəti böyükdür”.

Sabiq forvard “ağ-qaralar”ın qarşıdakı oyunları ilə bağlı da fikirlərini bildirib:

“Maraqlı oyunlar izləyəcəyik. Həm “Neftçi”, həm “Qarabağ”, həm də “Zirə” çox yaxşı kollektiv formalaşdırıb. Hazırkı vəziyyətdə dəqiq proqnoz vermək çətindir. Lakin “Neftçi”nin bu görüşlərdə maksimum xal qazanması komandanın işini xeyli yaxşılaşdıracaq”.