Rauf Hüseynli “Qəbələ”də
09.07.2023 - 18:08
Rauf Hüseynli “Qəbələ”də

Azərbaycan kubokunun qalibi “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Rauf Hüseynlinin keçidini gerçəkləşdirib.

23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Raufun çıxış etdiyi son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib.

Qeyd edək ki, Rauf Hüseynli ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.

 

0