“Vugar Gashimov Memorialı”nın 2022-ci ildə də keçirilməsi çox sevindiricidir. Səkkizinci dəfə təşkil olunacaq superturnirdə də titullu və tanınmış şahmatçılar mübarizə aparacaqlar”.
Apasport.az saytının məlumatına görə, bu sözləri turnirin mətbuat xidmətinə müsahibəsində “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək üçqat Avropa çempionu, “Vüqar Həşimov” komandasının heyətində Avropa kuboku yarışında bürünc medal qazanan Rauf Məmmədov deyib.
O bildirib ki, Vüqar Həşimovun Azərbaycan şahmat tarixində əvəzsiz xidmətləri olub: “Rəqiblərinə ciddi yanaşıram və turnirin maraqlı idman mübarizəsi vəd etdiyini indidən deyə bilərəm. “Vüqar Həşimov” klubunun heyətində çıxış edərkən sanki Vüqarı hiss edir, onun dəstəyini duyuram. Onun partiyaları təkcə Azərbaycanda deyil, dünyada maraqla qarşılanıb və müzakirə olunub”.
Cari turnirdə əsasən gənc şahmatçıların çıxış edəcəyini deyən Rauf Məmmədovun sözlərinə görə, heyətdə dünya, Avropa çempionatlarının və Olimpiadanın qalibləri yer alıb: “Yarış mürəkkəb olacaq və şansımı normal qiymətləndirirəm. Ümumilikdə dünya şahmatı gəncləşib. Yetərincə güclü və titullu gənc şahmatçılar mötəbər turnirlərdə layiqincə çıxış edir, mükafatçılar sırasında yer alırlar”.
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib