"Real"ın fransalı futbolçuları "Liverpul"la matçda oynaya biləcək
12.03.2023 - 21:49
"Real"ın fransalı futbolçuları "Liverpul"la matçda oynaya biləcək

Kərim Benzema Çempionlar Liqasında "Real"ın "Liverpul"la oyununda iştirak edə biləcək.

Apasport.az xəbər verir ki, fransalı hücumçu ümumi komanda ilə məşqə qoşulub və Çempionlar Liqasında heyətə salına biləcək. Eyni sözlər ayyarım məşqlərdən aralı düşmüş cinah müdafiəçisi Ferlan Mendiyə də aiddir.

Avstriyalı müdafiəçi David Alaba isə əksinə, özünü daha yaxşı hiss etsə də, Çempionlar Liqasının 1/8 finalının cavab matçında oynaya bilməyəcək.

Qeyd edək ki, "Real" – "Liverpul" matçı martın 15-i Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0