Renat Dadaşov İsveçrədə 8-ci qolunu vurdu
12.03.2023 - 20:36
Renat Dadaşov İsveçrədə 8-ci qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrədə növbəti qolunu vurub.

Apasport.az-ın xəbərinə görə, o, çıxış etdiyi "Qrasshopers" komandası ilə autsayder "Vintertur"a qarşı keçirilən İsveçrə Super Liqasının XXIV turunun matçında hesabı açıb.

Renat 41-ci dəqiqədə hesabı açsa da, fasilədən sonra qonaqlar hesabı bərabərləşdirib. Hazırda oyun 1:1 hesabı ilə davam edir.

Qeyd edək ki, bu qol Renat Dadaşovun "Qrasshopers"də vurduğu 8-ci qoldur. O, bunlardan 7-si çempionatda, 1-ni İsveçrə kuboku turnirində vurub.

0