Renatın komandasından ilk xal
30.07.2023 - 00:42
Renatın komandasından ilk xal

Azərbaycan yığmasının üzvü Renat Dadaşov İsveçrədə növbəti oyununu keçirib.

Apasport.az-ın məlumatına görə, o, ölkə çempionatının 2-ci turunda meydana çıxıb.

Onun fomasını geyindiyi “Qrashoppers” səfərdə “Lozanna”nın qonağı olub. Renatın start heyətində çıxdığı qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Dadaşov 66-cı dəqiqədə əvəzələnib. 

Qeyd edək ki, “Qrashoppers” İsveçrə çempionatında ilk xalını qazanıb. Dadaşovun komandası ilk turda uduzmuşdu. 

0