Reqekampf: "Topu bir-birimizə daha tez ötürməliyik"
05.02.2023 - 20:52
Reqekampf: "Topu bir-birimizə daha tez ötürməliyik"

“Oyunun əvvəlindən sona qədər nəzarət bizim tərəfdə idi. Şanslar yarananda daha konsentrasiyalı olmalıyıq. Topu bir-birimizə daha tez ötürməliyik. Hesaba və nəticəyə görə o qədər də emosional deyiləm. Bu inamı mənə oyunçularım verib. Onlar hansı formada daxil oldularsa, bu məndə inam yaratdı. Sadəcə ilk qolun axtarışındaydıq. Belə davam etməliyik. 2-ci oyundur ki, ilk 11-liklə oynayırdıq. Bu, oyunçular üçün pozitivdir. Onlar bir-birini daha yaxşı tanımağa başlayırlar. Oyunumuz daha da yaxşılaşmağa doğru gedir".

Apasport.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf deyib. Rumıniyalı məşqçi Azərbaycan Premyer Liqasının XXI turunun "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransına çıxıb.

– “Sumqayıt”ın baş məşqçisi bildirdi ki, onlar daha yaxşı oynadı…
– Mən buna cavab olaraq nə deməliyəm. Bu cür deyilən sözlərə şərh verə bilmərəm. Oyuna baxmalısınız və nəticəni görməlisiniz. Bu onun fikridir və hörmətlə yanaşmalıyıq.

– Azər Əliyev yarımmüdafiənin mərkəzində özünü daha rahat hiss edir?
– Azər Əliyev bu mövqedə oynaya bilər. Onun daimi oynadığı mövqe sol cinahdır. Orada daha yaxşı oynayır, bizim üçün də belə olub. Eddi İsrafilov bizimlə olmadığı üçün və bizə yerli oyunçu lazım olduğu üçün Azər bu anda ən yaxşı çıxış yoludur. Azərin oyunundan razıyam. 2 oyundur ki, o mövqedə oynayır və qalib gəlirik. “Sabah”a qarşı ilk oyunda məğlub olmuşduq. Çətin keçmişdi. Toplanışdan yeni qayıtmışdıq və bir çox problemlərimiz var idi. Amma oyundan-oyuna futbolçularıma fikir verirəm ki, daha yaxşı olurlar və meydanda bir-birini daha yaxşı anlayırlar.

0