“İlk ev oyunumuz idi, vacib qələbə alındı”.
Apasport.az-ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz”lə oyundan sonra deyib.
Milsi Premyer Liqasının II turunda 1:0 hesabı qəsəbə təmsilçisinin çalışdırıcısı rəqibin ciddi müdafiə olunduğunu deyib. Sadıqov “Kəpəz” üzərindəki qələbənin çətinliklə əldə olunduğunu bilidirib: “Gərgin oyun oldu. Alışmışıq ki, çempionatda oyunlarımız gərgin olur, maraqlı gedir. Bu gün də bunlardan biri oldu. "Kəpəz" yaxşı müdafiə olunub, əks-hücumları gözləyirdi. Biz də müdafiəni yarmağa çalışırdıq. Hər şey düşündüyümüz, istədiyimiz kimi gedirdi. Bu cür komandaların müdafiəsini yarmaq çox çətindir. Səbrili oynadıq, qol şansı əldə etdik, fərqləndik. Rəqib üzərimizə gəldi. Belə məqamılarda rəqibin müdafiəsinin boşluğundan istifadfə etmək lazımdı. "Kəpəz" son dəqiqələrdə irəli atılmışdı. Ötən mövsüm də çətin alınmışdı. "Kəpəz"ə qarşı bütün rəqiblər çətinlik yaşayır. Bu rəqib üzərində qələbə qazanmaq asan olmadı. Futbolçularım əzmklar oldu”.
- Rüstəm Əhmədzadə ağır görünürdü. Filip Paxtman haqda fikriniz necədir? O, üç ildir ki, komandadadır....
- Təəssüflər olsun ki, Rüstəm toplanışda zədələndi. Son yoldaşlıq görüşündə 60 dəqiqə oynamışdı. Ötən oyunda da əzmkarlıq göstərdi, güc sərf etdi. Həftə ortası da yorğun görünürdü. Seçimimiz yoxdur deyə, Rüstəm meydanda mütləq olmalıydı. Özünün də, bizim də istədiyimiz kimi oynamayacağını ehtimal edirdik. Amma sona qədər mübarizə apardı. Zədəyə qədər çox yaxşı durumd idi. Paxtmana gəldikdə, son illərdə çətin futbol taleyi olub. Tez-tez zədələnirdi, biz də dəstək olmağa çalışırıq. Çünki böyük potensialı var. Əsas odur ki, zədələnməsin. Oyundan-oyuna, 2-3 aya tam formaya çatacaq. Zədələnməməsi vacibdir.
- İki oyundur ki, müdafiəçilər qol vurur. Hücumçularınız passivdir...
- "Qarabağ" da, "Kəpəz" müdafiəsi də bizə qarşı yaxşı oynadı. Belə məqamlarda müdafiədən hücuma qoşulanlar effektiv olurlar. Həftəboyu bunun üzərində işləyirik. Çox yaxşı qol vurduq. Fərqi yoxdur qolu kim vurur. Əlbəttə, hücumçuların da fərqlənməsini istərdim.
- Həftəyə lider kimi yollanacaqsız. Necə hissdir? Eyforiyaya qapıla bilərsiz?
- İnanmıram. Komandanın iki turdan sonra eyforiyaya qapılmasından söz gedə bilməz. Hətta iki oyunda da uduzsaydıq belə bu gün turnir cədvəlini qiymətləndirmək zamanı deyil. Ən azı 15-20 tur keçməlidir ki, bu barədə danışaq. Hazırda turnir cədvəli haqda danışmağın mənası yoxdur. "Qarabağ" və "Kəpəz"lə matçlarda vacib xallar qazanmışıq.
- İsveç - Azərbaycan matçının təyinatları bəlli olub
- Şahruddin Məhəmmədəliyev: "Milli onsuzda hər zaman yüksək təzyiq altında oynayır" - Müsahibə
- Rasim Ramaldanov: "Bu gün Estoniyanı mütləq xalsız evə yola salmalıyıq" - Müsahibə
- Millimiz İrlandiyaya qarşı - YENİLƏNİR
- Əliyar Ağayev A Liqasının oyununda