Ribeyro “Araz-Naxçıvan”da
03.08.2023 - 11:16
Ribeyro “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” mövsümün startı ərəfəsində heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Naxçıvan klubu bu gün daha bir legionerlə müqavilə imzalayıb. İqor Ribeyro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. 26 yaşlı braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. İqor vətənində “Qama”, “Bandeirante” və “Ceilandia” komandalarının heyətində də çıxış edib.  

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.

0