Romao "Qarabağ"la belə vidalaşdı - VİDEO
05.02.2025 - 16:39

"Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram".
Apasport.az xəbər verir ki, bunu "Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna keçən braziliyalı futbolçu Julio Romao deyib:
"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim anlar üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Hər zaman sizi dəstəkləməyə davam edəcəyəm. Çox sağ ol, "Qarabağ". Çox sağ ol, Azərbaycan".
Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
3
0