Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
23.01.2026 - 19:51
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb

AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA prezidenti Canni İnfantino ilə görüşüb.

Apasport.az xəbər verir ki, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib. Həmçinin, AFFA ilə FIFA arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının final mərhələsinə hazırlıq işləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.