Rövşən Nəcəf: “Neftçi”də yeni idarəetmə sistemi qurulub”
25.07.2023 - 13:45
Rövşən Nəcəf: “Neftçi”də yeni idarəetmə sistemi qurulub”

“Ümumi strategiyamızı formalaşdırmışıq və yeni idarəetmə sistemi qurulub”.

Apasport.az xəbər verir ki, bunu “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.

O bildirib ki, idman akademiyası və uşaq futbolun infrastrukturu təkmilləşdiriləcək: “Biz bir neçə bacarıqlı məşqçilərə görüşdük. Seçimdə meyar “Neftçi”nin məqsədlərini dəstəkləyən oldu. Bu səbəbdən Adrian Mutu ilə anlaşdıq. Klubda bəzi dəyişiklər edildi. Yeni sistemdə Fərrux Mahmudov baş icraçı direktor oldu. Komandada baş məşqçidən əlavə idman direktoru da fəaliyyət göstərəcək".

Komandanın transfer siyasətinin də dəyişdiyini söyləyən Rövşən Nəcəf deyib ki, bizə futbolçuların adı yox, göstərəcəyi performans lazımdır: “Hazırda transferlər olub, yeniləri də olacaq. Uzun müddətli işlər görülür. Azarkeşlərdən bir az daha səbirli olmalarını və klubu davamlı şəkildə dəstəkləmələrini xahiş edirik. "Neftçi" tək Azərbaycanda deyil, Avropa da uğurlar qazanacaq".

Klubun Müşahidə Şurasının sədri deyib ki, yeni idarəetmə sisteminə uyğun layihələr olacaq: "Yeni layihələrdə azarkeşlərin iştirakı olacaq. Sosial layihə kimi olacaq. Azarkeşlərlə də fikir mübadiləsi aparılacaq. "Neftçi" hamının klubudur. Uşaq futbolun inkişafı ilə bağlı işlər gedir. İstəyirik ki, öz yetirmələrimiz bir müddət sonra əsas oyunçularımıza çevrilsin. Eyni zamanda, yeniliklər var və bununla məlumatlar veriləcək. Klubda da maliyyə şəffaflığın artırılması əsas amildir. Yeni idarəetmə sistemində büdcədən səmərələri istifadə etmək lazımdır".
 

0