Rummenigge “Bavariya”ya döndü
31.05.2023 - 01:47
Rummenigge “Bavariya”ya döndü

Karl-Haynts Rummenigge “Bavariya”nın Müşahidə Şurasında təmsil olunacaq.

Apasport.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Herbert Hayner açıqlama verib.

Rummenigge 2002-2021-ci illərdə Münhün klubunun baş direktoru vəzifəsini tutub. Komanda həmin dövr ərzində 14 titul qazanıb və bunlardan ikisi Çempionlar Liqasına təsadüf edib. O, etimada görə Müşahidə Şurasına təşəkkür edərək, klubun uğurları üçün bütün gücünü sərf edəcəyini bildirib.

Qeyd edək ki, “Bavariya” başa çatan mövsümdə Bundesliqanın qalibi olub.
 

0