Rusiya klubundan rəsmi təklif: Rədd edib, "Qarabağ"da qaldı
28.10.2025 - 20:42
“Qarabağ” və Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov hazırkı komandasına görə bir neçə təklifdən imtina edib.
Apasport.az saytına verilən məlumata görə, Abbasa Rusiyanın “Akron” klubundan rəsmi təklif gəlib.
Rusiya Premyer Liqasında yarışan klub Abbası transfer etmək istəsə də, o, “Qarabağ”da qalmağı seçib.
Xatırladaq ki, Hüseynovun Ağdam klubu ilə müqavilə müddəti 2027-ci ilin iyun ayının 30-na qədərdir.
- Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb
- Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO
- "Qarabağ"ın ulduzu razıdır: Müqaviləsi daha 1 il uzadılacaq
- Azər Bağırov: "Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik"
- Minifutbol turniri: Finalçılar bəlli olub
0
0