Ruslan Abışova üç müştəri
24.06.2023 - 17:52
Ruslan Abışova üç müştəri

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov karyerasını başa vurmayacaq.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi futbolçu kimi çıxışını davam etdirməyə qərar verib.

“Zirə”dən ayrıldıqdan sonra klubsuz qalan futbolçunun xidmətində Premyer Liqanın debütantı “Araz Naxçıvan” maraqlıdır. Muxtar Respublika təmsilçisi arxa xətti gücləndirmək üçün təcrübəli futbolçuya ehtiyac duyub. Abışov “Qəbələ” və “Kəpəz”in də maraq dairəsindədir.

Qeyd edək ki, Ruslan əvvəllər də “Qəbələ”nin formasını geyinib.

0