Ruslan Əmircanov 2-ci liqa klubunda
26.03.2024 - 19:50
Ruslan Əmircanov 2-ci liqa klubunda

Azərbaycan yığmasının sabiq futbolçusu Ruslan Əmircanov karyerasını bərpa edib.

Apasport.az xəbər verir ki, o, çıxışını davam etdirmək qərarına gəlib.

39 yaşlı oyunçu "Cəbrayıl"da çıxış edəcək. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Əmircanov karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” şərəfini qoruyub.

0