Ruy Jorje ilk sınaqdan qalib ayrıldı: Millimiz Pakistanı məğlub etdi - YENİLƏNİB
09.06.2026 - 19:26
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Matç yığmamızın üstünlüyü ilə keçib. Oyunun taleyini bir qol həll edib. Hikmət Cəbrayılzadənin vurduğu top həlledici olub - 1:0.
Qeyd edək ki, U-20 millimiz Qəbələdəki hazırlıq prosesini iyunun 10-da başa vuracaq.
Yoxlama oyunu
17:30
Azərbaycan U20 - Pakistan U20 1:0
Qəbələ Şəhər Stadionu
- Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
- Milli düşərgəni tərk etdi: Xəyal Əliyev İspaniyaya getdi
- "Sabah" akademiyası üçün futbolçu seçdilər - FOTOLAR
- “Neftçi” rekord transferə hazırlaşır: Varqas üçün sərvət
- "Şəfa"dan növbəti transfer: Son çempion Bakı klubunda
0
0